Gürcüstanda etirazçıların qısamüddətli həbsləri pislənib
Gürcüstanda bir məhkəmə dünən son anti-hökumət etirazlarında həbs olunanlardan on nəfəri həbsə məhkum edibdir.
Bu şəxslər bazar ertəsi günü Tiflisdə, Gürcüstan parlamentinin binası önündə keçirilən aksiyada həbs olunublar. Onlar ictimai asayişi pozmaqda ittiham olunublar.
Bu etiraz aksiyası Gürcüstanın polis qüvvələrinin müdaxiləsilə başa çatıbdır.
Gürcüstan xalqından minlərlə nəfər ötən bir neçə gündə Tiflisdə, Gürcüstan parlamentinin binası önündə piket keçirərək, hökumətin istefaya getməsi, növbədənkənar seçkilərin keçirilməsi və bu ölkədə seçki sisteminin islah edilməsini tələb edibdir.
Müxaliflər bu qənaətdədirlər: Öncəki illərdə keçirilən parlament seçkiləri hakim “Gürcüstan Arzusu” partiyasına parlamentdə yerlərin əksər hissəsinə yiyələnmək imkanı verdi.
Müxalif partiyalar Bidzina İvanişvilinin başçılıq etdiyi hakim “Gürcüstan Arzusu” partiyasına qarşı misli görünməmiş müttəfiq bir cəbhə təşkil etdikdən sonra bu aksiyanın keçirilməsini tələb etdilər. Gürcüstan parlament seçkiləri 2020-ci ildə keçirilməlidir.