İyun 24, 2020 15:51 Asia/Baku
  • Gürcüstanda cümə namazlarının qılınması bərpa edilib

Gürcüstan məscidlərində cümə namazının camaat halında qılınması bərpa edilib.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Bu barədə APA-nın yerli bürosuna açıqlamasında Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Ramin İgidov məlumat verib.

O bildirib ki, COVID-19 pandemiyası səbəbi ilə məscidlərdə toplu ibadətlərin edilməsinə gətirilən məhdudiyyət götürülüb və GMİ-nin Gürcüstan Səhiyyə Nazirliyinin tövsiyəsi əsasında hazırladığı qaydalar əsasında cümə namazının qılınmasına icazə verilib.

 

“Pandemiyaya görə Gürcüstanda məscidlər heç vaxt bağlanmayıb. Lakin, risk nəzərə alınaraq kütləvi ibadətlərə dini icmanın öz qərarı ilə məhdudiyyət tətbiq edilirdi. Ölkədə epidemioloji vəziyyətin yaxşılaşması və karantin tədbirlərinin yumşaldılması ilə əlaqədar olaraq Ramazan bayramından sonra cümə namazlarının bərpa edilməsinə başlanılıb. Cümə namazına gələnlərdən 4 qaydaya riayət etməsi tələb olunur: tibbi maskadan istifadə etmək, sosial məsafə saxlamaq, öz səccadəsindən istifadə etmək və məsciddə dəstəmaz almamaq. Məscidlərə tövsiyə etmişik ki, mümkün olduğu halda cümə namazı məscidin həyətində qılınsın, mümkün olmadığı təqdirdə isə məscidin içərisində də qılına bilər. Sosial məsafə gözlənilməklə, məscidlərin içərisində olanların sayına hər hansı bir məhdudiyyət tətbiq edilmir”, - deyə o vurğulayıb.

R. İgidov qeyd edib ki, ibadətlərdən sonra məscidlər hər gün xüsusi dezinfeksiyaedici maddələrlə təmizlənir.

 

Teqlər