Gürcüstanın Qaracalar kəndində COVID-19-a yoluxanların sayı yenə artdı
https://azeri.sahartv.ir/news/qafqaz-i365264-gürcüstanın_qaracalar_kəndində_covid_19_a_yoluxanların_sayı_yenə_artdı
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 56-ya çatıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2020 07:17 Asia/Baku
  • Gürcüstanın Qaracalar kəndində COVID-19-a yoluxanların sayı yenə artdı

Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Qardabani rayonunda koronavirusa yoluxanların sayı 56-ya çatıb.

SəhərAzəri yerli mediaya istinadla xəbər verir, bunu rayon meri Ramaz Budaqaşvili bildirib.

Onun sözlərinə görə, halların 36-sı Qaracalar kəndində qeydə alınıb: “Son sutkada kənddə koronavirusa 5 yeni yoluxma halı təsdiqlənib”. 

Mer kənd əhalisi arasında kütləvi testləmənin davam etdirildiyini deyib.

Qeyd edək ki, Qaracalar iyulun 24-dən “qırmızı zona” elan edilib. Kəndə giriş-çıxış bağlanıb, sərt karantin tədbirləri həyata keçirilir.