Gürcüstanda işsizlik artıb
https://azeri.sahartv.ir/news/qafqaz-i366181-gürcüstanda_işsizlik_artıb
Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,3% olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 19, 2020 07:34 Asia/Baku
  • Gürcüstanda işsizlik artıb

Bu ilin II rübündə Gürcüstanda işsizlik səviyyəsi 12,3% olub.

SəhərAzəri Report-a istinadla xəbər verir, bu barədə ölkənin Milli Statistika İdarəsindən bildirilib.

İllik müqayisədə göstəricidə 0,9% artım qeydə alınıb.

Aprel-iyunda şəhər yerlərində işsizlik 19,7%, kənd yerlərində isə 4,7% təşkil edib.

Kişilər arasında bu göstəricisi 12,7%, qadınlar arasında isə 11,8%-ə bərabər olub.