Gürcüstan partiyalarının dövlətdən alacağı aylıq büdcələri açıqlandı
https://azeri.sahartv.ir/news/qafqaz-i370690-gürcüstan_partiyalarının_dövlətdən_alacağı_aylıq_büdcələri_açıqlandı
Gürcüstan partiyalarının dövlətdən alacağı aylıq məbləğlər açıqlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 12, 2020 10:10 Asia/Baku
  • Gürcüstan partiyalarının dövlətdən alacağı aylıq büdcələri açıqlandı

Gürcüstan partiyalarının dövlətdən alacağı aylıq məbləğlər açıqlanıb.

SəhərAzəri Gürcüstan xəbər agentliklərinin məlumatına istinadən xəbər verir, Gürcüstan parlamentinə daxil olmuş 14 partiyadan 12-si ildə 12,5 milyon lari məbləğində dövlət tərəfindən maliyyələşdiriləcək.

Bu barədə Mərkəzi Seçki Komitəsinin (MSK) sədri Tamar Jvaniya məlumat verib.

Bildirilir ki, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” partiyası hər il 5,1 milyon lari (1,55 milyon dollar), hər ay təxminən 428,3 min lari (130, min dollar) alacaq.

Bununla belə, parlamentə seçilmiş iki partiya – “Girçi” və “Vətəndaşlar” partiyaları dövlət tərəfindən maliyyələşdirilməyəcək. Onlar seçkilərin nəticələrinə etiraz əlaməti olaraq maliyyələşdirilmənin əldə edilməsi üçün MSK-ə müraciət etməyiblər.