Zalkaliani Ankara və Bakıya səfərə hazırlaşır: "Təkliflər var..."
https://azeri.sahartv.ir/news/qafqaz-i373559-zalkaliani_ankara_və_bakıya_səfərə_hazırlaşır_təkliflər_var...
"Bölgədə baş verən prosesləri müzakirə etmək üçün yaxın zamanlarda Türkiyə və Azərbaycana səfər etmək istəyirəm".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 21, 2021 11:46 Asia/Baku
  • Zalkaliani Ankara və Bakıya səfərə hazırlaşır:

"Bölgədə baş verən prosesləri müzakirə etmək üçün yaxın zamanlarda Türkiyə və Azərbaycana səfər etmək istəyirəm".

SəhərAzəri Publika-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri vəzifəsinə namizəd David Zalkaliani deyib.

Diplomatın sözlərinə görə, Gürcüstan regionda hadisələrin inkişafından geri qalmamalı, lakin eyni zamanda proseslər ölkə maraqlarına zərər gətirməməlidir:

"Bu səfərləri yaxın zamanlarda həyata keçirməyə hazıram. Çünki regiondakı cari proseslərdə iştirakımız olduqca mühüm əhəmiyyət kəsb edir. Bizim də irəli sürə biləcəyimiz təkliflər var. Bununla bağlı hər iki qonşumuzla müzakirələr aparmağa hazırıq".