Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi
https://azeri.sahartv.ir/news/qafqaz-i373660-gürcüstanın_yeni_baş_naziri_və_hökuməti_təsdiqləndi
Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 24, 2021 12:12 Asia/Baku
  • Gürcüstanın yeni baş naziri və hökuməti təsdiqləndi

Gürcüstan parlamenti yeni hökumətin tərkibini və 2021-2024-cü illər üçün fəaliyyət proqramını təsdiqləyib.

SaharAzeri  xəbər verir ki, Gürcüstan parlamentinin 89 deputatı yeni Nazirlər Kabinetinə etimad göstərib, 2 deputat bunun əleyhinə səs verib.İrakli Qaribaşvilinin başçılıq edəcəyi yeni hökumətdə iki yeni nazir - regional inkişaf və infrastruktur naziri İrakli Karseladze və müdafiə naziri Cuanşer Burçuladze təmsil olunub.

Qeyd edək ki, 39 yaşlı İ.Qaribaşvili 2019-cu ilin sentyabrından bu vaxta qədər Gürcüstanın müdafiə naziri olub. O, artıq ikinci dəfədir ölkədə hökumət başçısı kimi fəaliyyət göstərəcək. İlk dəfə 2013-cü ilin noyabrında baş nazir təyin olunan İ.Qaribaşvili 2015-ci ilin dekabrında vəzifəsindən istefa verib.