Gürcüstana koronavirus əleyhinə vaksinin ilk partiyası çatdırılıb
https://azeri.sahartv.ir/news/qafqaz-i374385-gürcüstana_koronavirus_əleyhinə_vaksinin_ilk_partiyası_çatdırılıb
Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinin ilk partiyası çatdırılıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 14, 2021 06:23 Asia/Baku
  • Gürcüstana koronavirus əleyhinə vaksinin ilk partiyası çatdırılıb

Gürcüstana yeni növ koronavirus (COVID-19) əleyhinə vaksinin ilk partiyası çatdırılıb.

SəhərAzəri Apa-ya istinadən xəbər verir ki, vaksinləri daşıyan təyyarə bu gün səhər saatlarında Tbilisi hava Limanına enib. Bu ölkə  ilk olaraq 43 min 200 doza “AstraZeneca” vaksini əldə edib.

Qarşıdakı həftələrdə isə Gürcüstanın əlavə 129 min 600 doza “AstraZeneca” peyvəndi əldə etməsi planlaşdırılır.

Gürcüstanın Səhiyyə naziri Yekaterina Tikaradzenin verdiyi məlumata görə, bu ölkədə vaksinasiya martın 15-dən başlayacaq.

Vaksinasiya prosesi ölkədə müəyyən olunmuş 82 müəssisədə aparılacaq.

Gürcü nazir bildirib ki, vaksinasiya prosesinə cəlb olunan bütün həkimlər xüsusi hazırlıqdan keçib.