Erməni müxalifəti barrikadaları sökür+VİDEO
https://azeri.sahartv.ir/news/qafqaz-i374805-erməni_müxalifəti_barrikadaları_sökür_vİdeo
Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 24, 2021 04:53 Asia/Baku

Ermənistanın Vətənin Xilası Hərəkatı paytaxtın Baqramyan prospektindəki barrikadaları sökməyə başlayıb.

SəhərAzəri  Axar.az-a istinadla  xəbər verir ki, yollara qurulmuş çadırlar hərəkatın qərargahının yerləşdiyi Dəmirçiyan küçəsinə köçürülüb. Bu küçədə parlamentin xidməti girişi yerləşir və müxalifət həmin hissəni bağlı saxlayacaq.

Erməni mətbuatının məlumatına görə, insanlar əşyalarını yığır, ərazidən texnikanı çıxarır. Bundan başqa hərəkat liderlərinin çıxışları üçün nəzərdə tutulmuş səhnənin də söküntüsünə başlanılıb.