Azərbaycanla ikitərəfli münasibətlər qurulmalıdır
Ermənistan Baş nazirin müavini Tiqran Avinyan Azərbaycanla ikitərəfli münasibətlər danışıb.
SəhərAzəri xəbər verir ki, O, müxbirlərin verdiyi “hazırda Ermənistan-Azərbaycan sərhədində sərhədlərin dəqiqləşdirilməsi üçün aparılan proses necə adlanır” sualına belə cavab verib:
“Delimitasiya və demarkasiya hüquqi proseslərdir. Bizim Azərbaycanla sərhədin hüquqi dəqiqləşdirilməsinə aid razılaşmamız yoxdur. Belə bir proses üçün, birinci növbədə ikitərəfli münasibətlər lazımdır. Çünki hüquqi proseslər minimum ikitərəfli münasibətlərin qurulmasını tələb edir. Mən bunu sərhədçilərin müəyyən məntiqlə yerləşdirilməsi adlandırardım. 1975-1976-cı illərin xəritələri məntiqi ilə. Bu isə sərhədlərin yekun delimitasiyası və demarkasiyasınadək sərhədçilərin müvəqqəti yerləşdirilməsidir”.