Sərkisyanın ikili vətəndaşlığı məsələsini istintaq araşdıracaq
Ermənistan Baş Prokurorluğu ölkə prezidenti Armen Sarkisyanın ikili vətəndaşlığını gizlətməsi ilə bağlı cinayət işini Xüsusi İstintaq Xidmətinə göndərib.
SəhərAzəri Axar.az-a istinadla xəbər verir ki, bunu Ermənistan baş prokurorunun müşaviri Qor Abramyan deyib.
“Baş Prokurorluq məsələ ilə bağlı məlumat alıb. Məlumat araşdırılmaq üçün Xüsusi İstintaq Xidmətinə göndərilib. İstintaq işinə başlayıb, başlamamaq barədə qərar bundan sonra veriləcək”, - o deyib.
Qeyd edək ki, Ermənistanda 53 vəkil prezident Armen Sərkisyanın ikili vətəndaşlığı ilə bağlı bəyanat imzalayıb. Onlar bildirib ki, A.Sərkisyan 2003-2012-ci illərdə Böyük Britaniyanın vətəndaşı olub. 2018-ci ildə Ermənistan qanunlarına zidd olaraq prezident seçilib. Ölkə konstitusiyasına əsasən yalnız 6 il Ermənistan vətəndaşı olan şəxslər prezident seçilə bilər.