Apr 03, 2021 15:45 Asia/Baku
  • Erməni deputat Bakının sərhəd iddiasını rədd edib

Ermənistan parlamentində "Mənim addımım" fraksiyasının sədr müavini Azərbaycan Respublikası prezidentinin bu ölkənin sərhədləri barədəki iddialarını qəbuledilməz adlandırıb.

SəhərAzəri xəbər verir ki, Tatevik Hayrapetyan deyib: Azərbaycan Respublikası bir tərəfdən, ehtimal olunan sülh və dinc yanaşı yaşamadan danışır, digər tərəfdən isə təhrikedici və qəbuledilməz ifadələr işlədir.

Hayrapetyanın sözlərinə görə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev, onun təbirincə desək, erməni tərəfindən tanınmış və beynəlxalq sərhədlərdən olan Zəngəzur dəhlizinin yaradılmasını Bakının xeyrinə və türk dünyasının əlaqə yollarının qovuşması üzrə bir hərəkət kimi qələmə veribdir.

Belə bir halda, Dağlıq Qarabağ münaqişəsi üstündə Azərbaycan Respublikası, Ermənistan və Rusiya arasında sülh sazişinin imzalanmasından sonra iki tərəf hələ də Qarabağ məsələsini bitməmiş hesab edir və yeni sərhədçəkmə üstündəki ziddiyyətlər artıbdır.

Teqlər