Apr 05, 2021 15:02 Asia/Baku
  • “İsgəndər-M” raketlərinin Ermənistana qanunsuz satışı barədə araşdırma aparılır

Rusiya Federal Təhlükəsizlik Xidmətinin hərbi əks-kəşfiyyat Departamenti Ermənistana qanunsuz ötürülmüş və Qarabağda tətbiq edilmiş “İsgəndər-M” raketləri ilə bağlı təhqiqat başladıb.

SəhərAzəri xəbər verir ki, bu məlumata əsasən, həmin raketlər Qırmızı bayraqlı Suvorov ordenli Cənub hərbi dairəsinin anbarlarından qanunsuz əldə edilib, Livan və Rrusiya bankları üzərindən ödəniş həyata keçirilməklə qeyri-leqal olaraq Ermənistana ötürülüb. Bu, Rusiya hərbi və xüsusi xidmət dairələri tərəfindən olduqca sərt cavab tələb edən situasiyadır.

Moskvadakı mənbələrdən əldə olunan məlumatda qeyd edilir ki, ötən ilin payızında Azərbaycan prezidenti İlham Əliyevin Ermənistana Rusiyadan qanunsuz silah təchizatı barədə bəyanatından sonra Rusiya Müdafiə Nazirliyinin bəzi məmurlarının bu işə cəlb olunması ilə bağlı xidməti araşdırma başladılıb. Və araşdırma şok nəticələr üzə çıxarıb.

Hərbi dairənin raket-artilleriya silahları anbarından verilmiş şübhəli arayiş, hərbi-nəqliyyat aviasiyasının Ermənistana tərəf izahedilməz reysləri, nəhayət Rusiyada yaşayan erməni  biznesmen Karen Karapetyanın “metallom” qiymətinə aldığı İl-76 təyyarəsi əks-kəşfiyyat əməkdaşlarında şok effekti yaradıb.

Rusiyadan silahların Qarabağa göndərilməsi, bəzi məmurların bank hesablarındakı köçürmələr barədə FTX-nin ərazi idarələrindən daxil olan məlumatlar bir infomasiya axınına cəmləşdirilib, ümumi mənzərə yaranıb.

Məlum olub ki, Cənub hərbi dairəsində Rusiyadakı erməni diaspour Ermənistana qeyri-leqal silah təchizatı üçün öz şəbəkəsini qurub. Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə deyib ki, erməni diasporunun və onunla bağlı olan adamların hərəkətləri bütün qırmızı xətləri keçib. 

Tank əleyhinə raket kompleksləri, hava hücumundan müdafiə raket kompleksləri, onlara aid raketlər və ən azından üç “İsgəndər-M” raketi, üstəlik minalar, patronlar, atıcı silahhlar Rusiya hərbi dairəsinin anbarlarından iri miqyasda Ermənistana ötürülüb.

Xatırladaq ki, son günlər İskəndər M raketlərindən ikisinin qalıqları Bakıda nümayiş etdirilib. Bəzi ekspertlər bunu Azərbaycanın Rusiyaya jesti kimi qiymətləndirmişlər.  

Rusiyanın bu məsələyə görə narahatlıq keçirdiyi bildirilir.

Teqlər