Gürcüstanda məhkəmə “Vahid Milli Hərəkat”ın sədrinin həbsdə qalmasına qərar verib
https://azeri.sahartv.ir/news/qafqaz-i375716-gürcüstanda_məhkəmə_vahid_milli_hərəkat_ın_sədrinin_həbsdə_qalmasına_qərar_verib
Tbilisi Şəhər Məhkəməsi müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsdə qalmasına qərar verib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 13, 2021 13:15 Asia/Baku
  • Gürcüstanda məhkəmə “Vahid Milli Hərəkat”ın sədrinin həbsdə qalmasına qərar verib

Tbilisi Şəhər Məhkəməsi müxalif “Vahid Milli Hərəkat” partiyasının sədri Nika Melianın həbsdə qalmasına qərar verib.

SəhərAzəri xəbər verir ki, məhkəmənin bu gün keçirilən iclasında 2019-cu ilin 20-21 iyun tarixlərində Tbilisidə parlament binası qarşısında qrup zorakılığı törətməkdə ittiham edilən müxalif lider N. Melianın həbsdə qalmasına qərar verilib.

Hakimin qərarı məhkəmə zalında etirazla qarşılanıb.

Məhkəmənin növbəti iclası aprelin 29-na təyin olunub.
 
Qeyd edək ki, bu il fevralın 23-də "Vahid Milli Hərəkat" partiyasının sədri N. Melianın partiyanın baş qərargahında həbs edilməsindən sonra Gürcüstanda hakimiyyətlə müxalif partiyalar arasında gərginlik pik həddə çatıb.