Şok: Bayden “erməni soyqırımı”nı tanıyacaq
https://azeri.sahartv.ir/news/qafqaz-i376175-Şok_bayden_erməni_soyqırımı_nı_tanıyacaq
ABŞ Prezidenti Cozef Bayden “erməni soyqırımı”nı rəsmən tanımağa hazırlaşır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 23, 2021 02:16 Asia/Baku
  • Şok: Bayden “erməni soyqırımı”nı tanıyacaq

ABŞ Prezidenti Cozef Bayden “erməni soyqırımı”nı rəsmən tanımağa hazırlaşır.

SəhərAzəri xəbər verir ki, bu məlumatı “Vol Strit Jurnal” qəzeti yayıb.

Qeyd edək ki, Baydenin sələfləri “erməni soyqırımı”nı tanımaq yerinə adətən meds yegern yəni böyük fəlakət ifadəsindən istifadə etmişlər. Buna səbəb Türkiyə ilə münasibətləri pisləşdirməmək istəyi olub.

Bu ilin martında ABŞ Senatının beynəlxalq münasibətlər komitəsi Baydeni “erməni soyqırımı”nı tanımağa çağırmışdı.

Bayden özü senator olduğu müddət ərzində yunan və erməni diasporları ilə aktiv işləyib, erməni lobbisinin üzvü olub. O, Senatda ermənilərlə bağlı layihələrə müəlliflik və ya tərəfdarlıq edib. Ona görə də bəzi ekspertlər Baydenin qondarma soyqırımını tanıyacağını istisna etmirlər. Xüsysilə də ki, ABŞ Türkiyənin Rusiyadan S-400 zenit raket kompleksləri satın almasından qəzəblidir.