Gürcüstan Prezidenti müxalif lider Giorgi Ruruanı əfv edib
https://azeri.sahartv.ir/news/qafqaz-i376382-gürcüstan_prezidenti_müxalif_lider_giorgi_ruruanı_əfv_edib
Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif lider Giorgi Ruruanın əfvi barədə fərman imzalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 27, 2021 16:15 Asia/Baku
  • Gürcüstan Prezidenti müxalif lider Giorgi Ruruanı əfv edib

Gürcüstan Prezidenti Salome Zurabişvili müxalif lider Giorgi Ruruanın əfvi barədə fərman imzalayıb.

SəhərAzəri xəbər verir ki, bu barədə S. Zurabişbili özünün sosial media hesabında paylaşım edib.

“Mən razılaşmanın birinci mərhələsinin yerinə yetirilməsini alqışlayıram. Öz tərəfimdən sözümü tutaraq əfv fərmanını imzaladım”, - deyə Gürcüstan prezidenti qeyd edib.

Xatırladaq ki, G. Ruruanın həbsdən azad edilməsi müxalifətin dialoq prosesində hakimiyyət qarşısındakı əsas tələblərindən biri idi. G. Rurua 2019-cu ilin 18 noyabrında odlu silahların qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə saxlanılıb. O, 30 iyul 2020-ci il tarixində Tbilisi Şəhər Məhkəməsinin qərarına əsasən 4 il müddətinə məhkum edilib. G. Rurua müxalifyönlü “Mtavari Arxi” telekanalın əsas hissədarlarından biridir.