Gürcüstan DTX-nin rəisi İran səfiri ilə görüşüb
Okt 22, 2021 14:36 Asia/Baku
Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Qriqol Liluaşvili İran İslam Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Əkbər Qasemi Əliabad ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən,görüş zamanı tərəflər Gürcüstanda və regionda təhlükəsizlik mühitini müzakirə ediblər.
Qriqol Liluaşvili görüşdə qeyd edib ki, çoxsaylı çağırışlar fonunda ölkədə təhlükəsiz mühitin qorunması Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti üçün çox vacibdir.
Görüşdə həmçinin, hər iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə genişləndirilməsinin önəmi də qeyd olunub.