Ermənistana meyit daşınır
Azərbaycan üç meyiti Ermənistana təhvil verdi
Azərbaycan həlak olmuş üç hərbiçinin meyitini Ermənistana təhvil verib.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan hakimiyyəti Rusiya tərəfin vasitəçiliyi ilə noyabrın 16-da iki ölkə sərhədində döyüşlər zamanı həlak olmuş üç hərbi qulluqçunun meyitini Ermənistan tərəfə təhvil verib.
Ermənistan KİV-lərinin yaydığı məlumata görə, meyitlər noyabrın 19-da Şuşa şəhəri yaxınlığında təhvil verilib və elə həmin gün Yerevana aparılıb.
Ermənistan hakimiyyəti əvvəlcə noyabrın 16-da sərhəddə döyüşlər zamanı 1 nəfərin həlak olduğunu, 13 nəfərin əsir düşdüyünü və 24 hərbiçinin itkin düşdüyünü bildirib. Dünən Ermənistan tərəfi 6 hərbiçisinin öldürüldüyünü etiraf edib.
Ermənistan Müdafiə Nazirliyi Rusiya tərəfin vasitəçiliyi və iştirakı ilə "hərbi əməliyyatlar zamanı əsir düşənlərin qaytarılması və itkin düşənlərin axtarışı üzrə" işin davam etdirildiyini bildirib.