Yan 29, 2022 00:12 Asia/Baku
  • Ukraynaya dəstək aksiyasına görə Rusiya Gürcüstana nota verdi

Rusiya Tbilisidəki İsveç Səfirliyinin Rusiya maraqları bölməsində baş vermiş insidentlə əlaqədar Gürcüstan Xarici İşlər Nazirliyinə (XİN) nota göndərib.

SəhərAzəri-nin məlumatına əsasən,Rusiya XİN-in nümayəndəsi Aleksey Zaytsev bildirib ki, Gürcüstan müxalifətinin yanvarın 26-da İsveçin Gürcüstandakı səfirliyinin Rusiya Federasiyasının maraqları bölməsi binasının yaxınlığında keçirdiyi antirusiya siyasi aksiyası ilə bağlı

Tbilisidəki Rusiya maraqları bölməsi Gürcüstan XİN-ə nota göndərib.

 Bildirilib ki, analoji siqnallar Rusiya XİN tərəfindən Moskvadakı İsveç səfirliyinin Gürcüstan maraqları bölməsinə də göndərilib.

Qeyd edək ki, Gürcüstanın müxalif “Avropalı Gürcüstan” partiyası yanvarın 26-da Tbilisidəki keçmiş Rusiya səfirliyinin binasına Ukrayna bayrağının və xəritəsinin projeksiya edilməsi ilə etiraz aksiyası keçirib. Aksiyada Rusiya əleyhinə şüarlar səsləndirilib.

Teqlər