Gürcüstan və Ermənistan XİN başçıları görüşüblər
https://azeri.sahartv.ir/news/qafqaz-i387403-gürcüstan_və_ermənistan_xİn_başçıları_görüşüblər
Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Mart 29, 2022 13:01 Asia/Baku
  •  Gürcüstan və Ermənistan XİN başçıları görüşüblər

Gürcüstanın xarici işlər naziri David Zalkaliani Tbilisidə işgüzar səfərdə olan Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) bir məlumat yayaraq bildirib ki, nazirlər müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın cari gündəliyini, eləcə də regiondakı vəziyyəti nəzərdən keçiriblər.

Qeyd olunub ki, söhbət zamanı Gürcüstan Baş nazirinin Cənubi Qafqazda davamlı sülh və sabitliyin təmin edilməsi ilə bağlı təşəbbüsündən danışılıb. Davit Zalkaliani erməni həmkarına Gürcüstanın işğal olunmuş rayonlarında ağır humanitar və təhlükəsizlik mühiti barədə məlumat verib.