May 14, 2022 11:12 Asia/Baku
  • Cənubi Osetiyanın Rusiyaya birləşməsi üçün referendum keçiriləcək

İyulun 17-də Gürcüstan ərazisindəki qondarma Cənubi Osetiya Respublikasının Rusiyaya birləşməsinə dair referendum təyin olunub.

SəhərAzəri-nin məlumatına əsasən,separatçıların hazırkı başçısı Anatoli Bibilov Gürcüstanın bu ərazisinin Rusiyaya birləşməsi üçün referendum təyin edib.

Müvafiq fərman “Cənubi Osetiya” rəhbərinin saytında dərc olunub.

Bibilovun administrasiyası izah edib ki, “Cənubi Osetiya” Ali Məhkəməsi artıq referendumla bağlı sənədlər paketinə baxıb və müsbət nəticə verib.

Teqlər