İyun 18, 2022 17:46 Asia/Baku
  • Gürcüstan və Ermənistanın baş nazirləri dostluq əlaqələrini vurğulayıblar

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili İrəvana işgüzar səfər çərçivəsində erməni həmkarı Nikol Paşinyanla görüşüşb.

SəhərAzəri-nin məlumatına əsasən, görüşdə tərəflər iki ölkə arasında cari siyasi və iqtisadi münasibətləri müzakirə ediblər.

Görüşdə Gürcüstan və Ermənistan arasında ticari-iqtisadi, nəqliyyat-loqistika və mədəni sahələrdə məhsuldar əməkdaşlığın olduğu vurğulanıb.

Hökumət başçıları söhbət zamanı regiondakı vəziyyətə və mövcud problemlərin həlli üçün birgə səylərin vacibliyinə də diqqət çəkiblər.

Tərəflər həmçinin iki ölkə arasında gələcək əməkdaşlığa, mövcud sıx və dostluq əlaqələrinin dərinləşdirilməsinə hazırlıqlarını ifadə ediblər.

Teqlər