İyul 04, 2022 10:52 Asia/Baku
  • Tiflisdə baş nazirin istefası tələb olunub

Gürcüstanın paytaxtı Tiflisdə vətəndaş cəmiyyəti təşkilatlarının "Evə, Avropaya” şüarı ilə növbəti genişmiqyaslı aksiyası keçirilir.

SəhərAzəri-nin APA-ya istinadən verdiyi məlumata görə, minlərlə əhali parlament binasının qarşısına toplaşıb. "Utanc" hərəkatının təşkil etdiyi aksiyanın əsas tələbi Baş nazir İrakli Qaribaşvilinin istefası və milli razılıq hökumətinin qurulmasıdır. Aksiyaçılar gecə boyunca ərazini tərk etməyəcəklərini bildiriblər.

Parlament binası qarşısındakı mitinq səbəbi ilə Rustaveli prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb. Əraziyə çox sayda polis cəlb olunub.

Etirazçılar zorakılığa əl atmayacaqlarını və aksiyanı dinc şəkildə davam etdirəcəklərini bildiriblər.

Teqlər