İyul 10, 2023 18:55 Asia/Baku
  • Gürcüstan xalqı gey-parada görə hiddətlənib

Gürcüstanda gey-parad/ polisin etirazçıları bu mərasimi pozmaqdan çəkindirə bilməməsindən sonra ləğv edilib.

Amerikanın Gürcüstandakı səfirliyi üzdəniraq «Tiflis LGBT-lərinin qüruruna qarşı zorakılıq və basqınlar»ı pisləyib! CNN isə etirazçıları “Rusiyadan asılı ifrat sağçı qruplar” adlandırıb!

Gürcüstan polisi bu ölkənin paytaxtı Tiflisdən kənarda yerləşən «Lisi Uanderlend»də gey-parada qarşı çıxanlarla toqquşub.

LGBT mərasiminin təşkilatçıları bildiriblər ki, festivalı ləğv və festival bölgəsini «boşaltma»ğa məcburdurlar. Göndərilmiş görüntülər festival bölgəsində polis zabitləri ilə geylərə qarşı çıxanlar arasında toqquşmanı göstərir. Görüntülərdə həmçinin homoseksualların bayrağını yandıran etirazçıları müşahidə etmək olar.

Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxulidze müxbirlərə deyibdir ki, bu hadisəyə nəzarət, onun məkan mövqeyinə görə, polis üçün çətin olubdur.

 

Teqlər