Gürcüstan ABŞ ilə danışıqlardan imtina edib
https://azeri.sahartv.ir/news/qafqaz-i410841-gürcüstan_abŞ_ilə_danışıqlardan_imtina_edib
Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib. Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib.
(last modified 2024-05-02T12:51:11+00:00 )
May 02, 2024 16:50 Asia/Baku
  • Gürcüstan ABŞ ilə danışıqlardan imtina edib

Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib. Bu barədə ABŞ-nin Gürcüstandakı səfiri Robin Dunniqan bildirib.

“Biz bu yaxınlarda Gürcüstan hökumətinin yüksək rütbəli nümayəndələrini yüksək vəzifəli ABŞ rəsmiləri ilə strateji tərəfdaşlıq və ABŞ yardımı ilə bağlı hər hansı məsələləri müzakirə etməyə dəvət etdik.

 Təəssüf ki, gürcü tərəfi bu dəvətdən imtina etməyi üstün tutdu", - deyə səfir qeyd edib.

O, Gürcüstan hökumətinin son həftələrdə qəbul etdiyi qərarların ölkəni Avro-Atlantik gələcəkdən uzaqlaşdırdığından narahatlığını ifadə edib.