May 10, 2024 19:28 Asia/Baku
  • ABŞ-dan Gürcüstana qarşı növbəti müdaxiləçi bəyanat

Gürcüstan hökuməti kursunu dəyişməlidir. Bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller deyib.

Gürcüstan parlamentində xarici agentlərlə bağlı qanun layihəsinə qarşı etiraz edənlərə toxunulmazlıq nəzərdə tutan Miller deyib: “Qanun layihəsinə etiraz edənlərə qarşı görülən tədbirlərdən və onun təsdiqi istiqamətində görülən işlərdən çox narahatıq.”
Qərbin agentləri rolunda fəaliyyət göstərən media və müxalifətə hərhansı məhdudiyyətdən əsəbiləşən Amerikan rəsmi sonra belə deyib: “Biz vətəndaş cəmiyyəti nümayəndələrinə, müxalifət fəallarına və jurnalistlərə qarşı təqib və fiziki gücdən istifadə hallarının artması ilə bağlı məlumatlardan xəbərdarıq. Bunu pisləyirik və dərhal tam araşdırma aparmağa çağırırıq”.
Miller Gürcüstan hökumətinə əmr də verib: “ABŞ Gürcüstanla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazırdır amma Gürcüstan hökuməti bunun üçün kursunu dəyişməlidir”,- ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri deyib.
Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen də oxşar bəyanatla çıxış edib. O Gürcüstana mütləq Avropa kursu ilə getməsini əmr edib:
“Gürcüstandakı vəziyyəti böyük narahatlıqla izləyirəm və Tiflisdə küçələrdə baş verən zorakılığı pisləyirəm, gürcü xalqı Avropa kursu ilə getməlidir”, - Leyen vurğulayıb.
Qeyd edək ki, Qərb ölkələrinin media və Qyri Hökumət Təşkilatları adı altında casusluq fəaliyyətlərini hədəfə alan Gürcüstan Parlamentinin müzakirəyə çıxardığı “Xarici təsirin şəffaflığı haqqında” qanun ABŞ və Avropa İttifaqını qəzəbləndirib.
Ancaq qərbin Gürcüstan hökumətinə qarşı təhdideci ritorikası əks effekt verir belə ki,
Gürcüstan hakimiyyəti ABŞ ilə strateji tərəfdaşlığa dair danışıqlardan imtina edib.
Həmçinin son məlumata görə Gürcüstan hökuməti AB səfirinin təşkilatçılığı ilə Avropa Günü şərəfinə Tiflisdə təşkil olunan qala-konsertə gəlməyib.
“Gürcüstan hökuməti Rustaveli Teatrında Avropa Günü şərəfinə keçirilən qala-konsertdə iştirak etməyib”, - Gürcüstan mediasının məlumatında deyilir.
AB-nin Gürcüstandakı səfiri Pavel Gerçinskinin sədrliyi ilə keçirilən tədbirdə baş nazir və kabinet üzvləri üçün yerlər boş qalıb.
Gecəyə Gürcüstan Prezidenti Salome Zurabişvili gəlib.
 

 

Teqlər