Avq 16, 2024 13:51 Asia/Baku
  • Tiflisdə həbsdə olan Jurnalist Əfqan Sadiqovun şikayəti qəbul edilməyib

Azərbaycan Respublikasının tələbi ilə Tiflisdə həbs edilən jurnalist Əfqan Sadiqovun girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayəti qəbul edilməyib.

Avqustun 15-də Tbilisi Apellyasiya Məhkəməsi ekstradisiya məqsədi ilə həbs edilmiş AzelTV saytının rəhbəri Əfqan Sadıqov barəsində həbs qətimkan tədbrinin dəyişdirilməsi və ya girov müqabilində azadlığa buraxılması ilə bağlı şikayəti qəbuledilməz hesab edib.

Məhkəmə Tbilisi Şəhər Məhkəməsinin avqustun 4-də çıxardığı hökmü qüvvədə saxlayıb.

Bu barədə "Gürcüstanın Hüquqları" təşkilatı məlumat yayıb.

"Hesab edirik ki, Apellyasiya Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Məhkəmənin yeni halı, yəni Sadıqovun Gürcüstandan beynəlxalq sığınacaq istəməsini nəzərə almaması təşviş doğurur. Hansı ki, jurnalistin Gürcüstandan sığınacaq istəməsi ekstradisiya prosesini dayandırır", deyə "Gürcüstanın hüquqları" təşkilatı qeyd edir.

Təşkilatın vəkilləri Əfqan Sadıqovun ekstradisiyası üçün 3 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə qərarın ləğv edilməsini tələb edib və məhkəməyə alternativ olaraq 2000 lari məbləğində girov təklif edib.

Müraciətə Əfqan Sadıqovun Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentindən Gürcüstandan beynəlxalq sığınacaq istəməsi ilə bağlı bəyanatı əlavə edilib.

Sadıqov avqustun 3-də Tbilisi Mərkəzi Kriminal Polisinin nümayəndələri tərəfindən həbs edilib və o vaxtdan Qldanidəki 8 saylı cəzaçəkmə müəssisəsində saxlanılır.

Əfqan Sadıqov axtarışda olduğunu və Azərbaycanda barəsində cinayət işi açıldığını yalnız həbs olunandan sonra bilib. İstintaqın məlumatına görə, Əfqan Sadıqovun həbsi Azərbaycan tərəfinin müraciəti əsasında həyata keçirilib.

Teqlər