Avq 26, 2024 14:59 Asia/Baku
  • ABŞ Gürcüstanda

Gürcüstanda oktyabr seçkilərindən narazı qalan amerikanlar bu ölkədə rəngli inqilab metodu ilə dövlət çevrilişi həyata keçirməyi planlaşdırırlar.

APA-nın verdiyi məlumata görə, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.

Bildirilib ki, amerikalılar oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstanda vəziyyətin inkişafından son dərəcə narazıdırlar və ölkədə “rəngli inqilab” başqa sözlə dövlət çevrilişi hazırlayırlar.

"Daxil olan məlumatlara görə, Ağ Ev oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ərəfəsində Gürcüstandakı vəziyyətin inkişafından son dərəcə narazıdır”, - deyə məlumatda qeyd olunub.

Gürcüstan parlamenti son aylar ərzində qərb dövlətlərinin bu ölkəyə qarşı casusluq fəaliyyətlərini məhdudlaşdıran bir qanun qəbul etdi. Bu təşəbbüs Amerika Avropa ölkələri və qurumlarını həddindən artıq qəzəbləndirdi. Onlar ilk etapda Gürcüstan parlamentində və sonra hökumətinə təzyiqlər göstərərək bu qanunun qəbul olunması və qüvvəyə  minməsinə mane olmağa çalışdılar ancaq buna nail ola bilmədikdə Gürcüstanı qərbin yardımlarından məhrum etmək, bu ölkəyə viza rejimini sərtləşdirmək və digər mövzularla təhdid etdilər.

Bəzi ekspertlərə görə, Gürcüstan hökuməti qərbin qeyri-səmimi və müdaxiləçi siyasətlərini başa düşərək artıq qərbdən uzaqlaşmağı öz milli maraqlarına uyğun görür. Gürcüstan həm də bu yolla Rusiyaya yaxınlaşmaq və öz ərazi bütövlüyü  problemini həll etməyi düşünür. 

 

Teqlər