Okt 28, 2024 17:36 Asia/Baku
  • ABŞ və avropalı müttəfiqlərin Gürcüstanda seçki planı

ABŞ və avropalı müttəfiqlər Gürcüstanda seçkinin nəticələrini tanımayaraq bu ölkədə sabitliyi pozmaq vətəndaş qarşıdurmasını planlaşdırırlar.

 Gürcüstan Mərkəzi Seçki Komissiyası bazar günü bildirib ki, hakim Gürcü Arzusu Partiyası səslərin 54,8 faizini qazanıb.

  Bazar günü axşam Gürcüstanın qərbyönümlü prezidenti Salome Zurabişvili nəticələri tanımaqdan imtina edib. O müxalifət partiyalarının liderlərinin iştirakı ilə keçirilən brifinqdə oktyabrın 26-da keçirilən parlament seçkilərinin bütün mümkün vasitələrdən istifadə etməklə tam saxtalaşdırıldığını qeyd edib.

  Zurabişvilinin bu bəyanatına ABŞ dövlət katibi Entoni Blinken dərhal səs verib. O seçkilərdə pozuntular və dövri zorakılıqlardan danışıb və  səslərin satın alınmasını, seçicilərin qorxudulmasını, inzibati resurslardan istifadəni qeyd edib.

  " Biz beynəlxalq normaların pozulmasını pisləyirik və beynəlxalq və yerli müşahidəçilərin seçkilərlə bağlı pozuntular haqda məlumatların  tam araşdırılması çağırışlarına qoşuluruq",- o əlavə edib.

  Avropa İttifaqı Şurasının sədri Şarl Mişel isə Gürcüstan hakimiyyətini "seçki pozuntuları və onlarla bağlı ittihamlarla əlaqədar “tez, şəffaf və müstəqil araşdırma aparmağa və qərar qəbul etməyə" çağırıb.

  Avropa parlamenti də “demokratiya”dan uzaqlaşmadan narahatlığını ifadə edərək, "bülletenlərin atılması" və müşahidəçilərə "fiziki hücum" hallarının olduğunu bildirib.

  Qeyd edək ki, hakim partiyanın təşəbbüsü ilə Gürcüstan parlamentində qərb dövlətləri və qurumlarının müdaxilə və nüfuzlarını məhdudlaşdıran qanun qəbul edilməsi qərb ölkələrini son dərəcə qəzəbləndirib. Xarici agentlər haqqına qanun eləcə də Gürcüstanın milli dəyərlərinə qarşı olan qeyri-ənənəvi cinsi qrupların fəaliyyətinin məhdudlaşdırılması Gürcüstana qarşı sanksiyalara səbəb oldu. Qərb dövlətləri və Avropa qrumları srağagün keçirilən parlament seçkilərinə ümid edirdilər. Seçkilərin nəticələrinin onların istədiyi olmadığına görə Gürcüstanda qarşıdurma yaratmaq cəhdləri müşahidə olunur. Qərbyönümlü prezident Salome Zurabişvili öz tərəfdarlarını aksiyaya çağırıb. ABŞ və Avropanın onun çağırışını dəstəkləməsi Gürcüstanda növbəti müdaxiləçi planlardan xəbər verir.

 

Teqlər