Gürcüstan parlamentinin sədri
Avropa İttifaqına daxil olmaq istəmirik
Noy 21, 2024 17:47 Asia/Baku
"Bəzi postsovet ölkələri, xüsusilə Baltikyanı dövlətlər Gürcüstana "böyük qardaş" rolunu oynamağa cəhd edir" Bu fikri Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili "İmedi" televiziya kanalında çıxış edərkən səsləndirib.
O, Gürcüstanın Avropa İttifaqına daxil olmaq üçün bu cür şərtləri qəbul etməyəcəyini vurğulayıb. Papuaşvili qeyd edib ki, Gürcüstan öz müstəqilliyini və suverenliyini qorumaq niyyətindədir və bu səbəbdən "böyük qardaş" rolunu oynamağa çalışanların istəkləri həyata keçməyəcək.