Etirazçılar Gürcüstan parlamentinin binasını yandırıblar
Gürcüstanlı etirazçılar dünən gecə üçüncü gecə dalbadal bu ölkə boyu aksiya keçirib və Tiflisdə parlament binasını yandırıblar.
Gürcüstan hökumətinin bu ölkənin Avropa Birliyinə qoşulması barədəki müzakirələrin dayandırılmasına dair qərarından sonra dünən gecə Gürcüstandakı etirazların yeni mərhələsinə start verilib.
Gürcüstan baş naziri İrakli Kobaxidze cümə axşamı günü noyabrın 28-də bu ölkənin Avropa Birliyinə üzvlüyünün ölkəsinin iqtisadiyyatının zərərinə olduğunu bildirdi, zira bu üzvlük Tiflisin bəzi ölkələrlə ticarət və sərbəst viza müqavilələrini ləğv etməsini tələb edir.
Qeyd edək ki, Avropa Birliyi son günlər/ Gürcüstanda oktyabrın 26-da keçirilmiş parlament seçkilərinin nəticələrinə qarşı çıxan, lakin icbarilik gətirməyən bir qətnamə qəbul və həmin seçkilərdə nəzərəçarpacaq nizamsızlıqların baş verdiyini iddia etdi. Gürcüstan hökumətinin sözügedən qərarı da məhz Avropa Birliyinin bu qətnaməsindən sonra qəbul edilib.
Bu qətnamə qarşıdakı bir il ərzində beynəlxalq nəzarət altında Gürcüstanda yeni parlament seçkilərinin keçirilməsi, həmçinin Kobaxidze də daxil olmaqla Gürcüstan rəsmilərinin sanksiya olunmalarını tələb edir.
Gürcüstan parlament seçkilərinin nəticələrinə qarşı çıxanlar indiyədək bir neçə dəfə Tiflisdə geniş aksiyalar keçiriblər. Onlar bu ölkədə parlament seçkilərinin yenidən keçirilməsini tələb ediblər.