Mart 13, 2017 13:49 Asia/Baku
  • Mosul didərginlərinə kömək üçün
    Mosul didərginlərinə kömək üçün "Sizə xatir" kampaniyası təşkil olunub

İraq xalq səfərbər qüvvələri Həşdüş-Şəəbi bu ölkənin tanınmış təqlid mərcəyi Ayətullah Sistaninin müraciətinə cavab olaraq Mosul didərginlərinə yardım etmək üçün "Sizə xatir" kampaniyasını təşkil ediblər.

Fars Xəbər Agentliyinin məlumatına görə, Həşdüş-Şəəbi heyətinin İraqın müxtəlif vilayətlərində "Sizə xatir" kampaniyasını təşkil etməsi ardınca, əksəriyyəti sünni olan Mosul didərginlərinə sığınacaq vermək üçün bu ölkə vətəndaşlarının qapıları açıqdır və bu kampaniya bütün vilayətlərin ofislərində yardımlar toplayır.

Bu arada Həşdüş-Şəəbi Heyəti sədrinin müavini Əbu Mehdi əl-Mühəndis bu qüvvələrin digər komandanları ilə birlikdə İraqın bütün təşkilatları, qurumları və vətəndaşlarından Mosul didərginlərinə kömək etmək üçün bütün qüvvələrini səfərbər etmələrini istəyib.

Həşdüş-Şəəbi Heyəti sədrinin müavini xatırladıb: Mosulun qərb hissəsində çoxlu sayda sivilin olması və İŞİD-in onlardan insan sipəri kimi istifadə etməsi nəticəsində, bu bölgə çoxlu sayda insanın qaçması ilə üzləşib və İraq hakimiyyəti onların hamısına yardımın çatdırılması və müəyyən işlərin görülməsinin öhdəsindən gələ bilməz.

Ayətullah Sisteminin Kərbəla şəhərindəki nümayəndəsi Əbdülmehdi əl-Kərbəlayi ötən cümə günü İraq vətəndaşlarından Mosul didərginlərinə kömək etmək istiqamətində var-güclə çalışmalarını istəyib.

Bundan öncə də Ayətullah Sistaninin ofisi didərginlərin düşərgələrinə doğru dəfələrlə yardım karvanları göndərmişdir.

İraqın müştərək qüvvələri Mosulun qərb hissəsinin azad olunması əməliyyatına başladığı zamandan, bu bölgədə müxtəlif kəndləri və əraziləri öz nəzarətinə götürmüşdür.

Teqlər