May 17, 2017 13:42 Asia/Baku
  • Dəməşq koalisiya qüvvələrinin Suriyanın iki vilayətinə hücumuna reaksiya verib

Suriya Xarici İşlər Nazirliyi ABŞ-ın başçılığı altında olan koalisiya qüvvələrinin bu ölkənin Riqqə və Diyrəlzur vilayətinə qarşı son hücumlarını aşkar təcavüz və Suriyanın suverenliyinin pozulması adlandırıb.

Suriya Xarici İşlər Nazirliyi BMT-nin Təhlükəsizlik Şurasına və BMT baş katibinə ünvanladığı iki məktubda ABŞ-ın başçılığı altında olan koalisiya qüvvələrinin bu ölkənin Riqqə və Diyrəlzur vilayətinə qarşı son hücumlarını pisləyərək, onu Suriyanın ərazi bütövlüyü və suverenliyinin pozulması adlandırıb.

Suriya Xarici İşlər Nazirliyinin başçıları həmçinin vurğulayıblar ki, bu əməliyyat BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri çərçivəsindən kənar olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin açıq şəkildə pozulması deməkdir. 

ABŞ-ın başçılığı altında olan koalisiya qüvvələrinin Əlriqqədəki Ələkrəşi kəndinə qarşı təcavüzündə 26 mülki həlak olub. Həmçinin bu qüvvələr Diyrəlzurun Bukəmal şəhərindəki sivillərə qarşı hücumda əksəriyyəti qadın və uşaq olan 31 nəfəri öldürüb, bir qrup insanı da yaralayıblar.

Suriyada böhran 2011-ci ildə Ərəbistan, ABŞ və onun Türkiyə kimi müttəfiqlərinin himayələri altında olan terror qruplarının hücumu ilə başlanıbdır. Burada məqsəd, Suriyanın prezidenti Bəşşar Əsədin qanuni dövlətini devirmək olubdur.

Teqlər