İŞİD terrorçuları İraq və Suriya qüvvələrinin mühasirə halqasında
-
İŞİD terrorçuları İraq və Suriya qüvvələrinin mühasirə halqasında
İraq və Suriya sərhədlərində iki ölkə qüvvələrinin mühasirə halqasında ilişib qalmış terrorçular vəziyyətdən çıxış yolu axtarsalar da, daralan mühasirə məngənəsində çarəsiz olaraq son çırpıntıları ilə məhvə doğru sürüklənirlər.
İraqlı xalq qüvvələri bu gündən etibarən Suriya ilə sərhəd məntəqələrin terrorçulardan təmizlənməsi əməliyyatına başlayıblar. Bu barədə İraqın könüllü xalq qüvvələri komandanı Hadi Əl-Amiri məlumat verib. Hadi Əl-Amiri deyib: Amerika istəsə də, itəməsə də biz İraqın Suriya ilə sərhəd məntəqələrini terrorçulardan azad edəcəyik. Bu arada Bağdadda törədilən terror aktında 8 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Suriyada da terrorçular Deyrəzzurda iki yaşayış məntəqəsini minaatanlardan istifadə edərək, hədəfə alıblar. Nəticədə 50 mülki ölüb və yaralanıb.
Sərhəd məntəqələrinə qayıdış. İraq ordusunun Neynəva vilayətinin mərkəzi olan Mosul şəhərini İŞİD terrorçularının işğalından azad etməklə məşğul olduğu bir vaxtda, könüllü xalq qüvvələri də ahəngdar bir hərəkətdə Suriya ilə sərhəd məntəqələrə doğru üz tutublar. İraq və Suriya arasındakı 600 kilometrlik sərhəd zolağı 100 ildən daha az bir yaşa malik olduğu halda, terrorçular bu sərhədləri pozmaq, İraq və Suriyada vahid hökumət yaratmaq röyası ilə bu iki ölkəni qan gölünə çeviriblər. Amma, iraqlılar sərhədlərinə nəzarəti heç bir vəchlə əcnəbilərə tapşırmaq niyyətində olmadıqlarını deyirlər.
Hadi Əl-Amiri – Bədr hərəkatının başçısı:
İraq torpaqlarının terrorçulardan təmizlənməsi İraq hökumətinin qərarıdır. Amerika istəsə də, istəməsə də, biz bütün İraqı azad edəcəyik. Amerikalılara və ya hər hansı bir başqa tərəfə müdaxil icazəsi verməyəcəyik. Suriya ilə sərhəd məntəqələrin terrorçulardan təmizlənməsi əməliyyatına çərşənbə axşamından start verilib. Və hazırda qaçmağa çalışan İŞİD terrorçularını izləməklə məşğuluq. Amma, heç bir vəchlə lazımi ahəngdarlıq olmadan Suriya ərazisinə daxil olmayacağıq. Suriyada təhlükəsizlik təmin edilmədikcə, bu İraqda da mümkün olmayacaq. Bunun əksi də eyni hökmə malikdir. İraqlı qüvvələrin sərhədlərə çatması suriyalı qüvvələrə də sərhədlərə çatmaqda kömək etmiş olacaq.
Amma, terrorçular da öz pis əməllərindən əl çəkmirlər. Onlar dünən axşam Bağdadın Kərradə məntəqəsində populyar bir dondurma dükanı önündə partlayış törədərək, onlarla mülkini qanına qəltan ediblər. Bununla da döyüş meydanındakı qələbənin şirinliyini iraqlılar üçün zəhər etməyə çalışıblar.
Bu arada, sərhədlərin digər tərəfindən Suriya ordusu Hələb və Deyrəzzurda terrorçulara qarşı savaşı davam etdirir. Və indiyə kimi yaxşı nəticələr də əldə edib.
Suriyalı hərbçi:
Bu əməliyyat zamanı terrorçuların 14 qərargahını məhv etmişik. 2000-dən çox terrorçu öldürülüb. Terrorçulara məxsus yüzdən çox döyüş maşını o cümlədən bomba quraşdırılmış 5 avtomobil məhv edilib.
İraqlı qüvvələrin sərhədlərə yaxınlaşması ilə, suriyalı qüvvələr də sərhədlərə doğru irəliləmək üçün əzmkarlıq nümayiş etdirməyə başlayıblar. İndi şərqdən İraq, qərbdən isə Suriya qüvvələri arasında sıxışıb qalan terrorçular hər gün daha artıq daralan mühasirə halqasında tələyə düşərək, çarəsiz şəkildə çırpınır. Aydın məsələdir, Suriyalı qüvvələrin sərhədlərə çatması ilə terrorçuların sonu çatmış olacaq. Bu isə iftar vaxtı milyonlarla iraqlı və suriyalının etdiyi ortaq duadır.