Amerikan koalisiya Suriyada cinayət törədir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i274560-amerikan_koalisiya_suriyada_cinayət_törədir
Suriya mənbələri Amerikanın koalisiyasının ölkənin şərqində yerləşən bir kəndə qarşı hücumunda onlarla mülkinin həlak olmasından xəbər veriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 28, 2017 17:22 Asia/Baku
  • Amerikan koalisiya Suriyada cinayət törədir

Suriya mənbələri Amerikanın koalisiyasının ölkənin şərqində yerləşən bir kəndə qarşı hücumunda onlarla mülkinin həlak olmasından xəbər veriblər.

Suriyanın rəsmi xəbər agentliyi SANA-nın verdiyi məlumata görə, Amerikanın başçılıq etdiyi koalisiyanın hərbi təyyarələri çərşənbə günü Deyrəzzurun şərqində Əddəblan kəndini bir neçə dəfə bombalayaraq ən azı 40 mülkini öldürüblər. Məlumatlara görə ölənlər arasında uşaq və qadınlar çoxluq təşkil edir. 

Bu hücumdan sonra Əddəblan kəndinin sakinləri evlərini tərk edərək Deyrəzzur çöllərinə qaçıblar. 

Dünən də ABŞ təyyarələrinin həmin vilayətdə Əl-Məyadin bölgəsinə hava hücumunda 42 mülki qırğın edildi. Koalisiya qırıcıları ötən cümə axşamı da Deyrəzzura qarşı hücumda 35 suriyalı mülkini qətlə yetirdi.