Abu Mehdi Əl-Mühəndisin dəfn mərasimi keçirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i355606-abu_mehdi_Əl_mühəndisin_dəfn_mərasimi_keçirilib
İraqın xalq səfərbər qüvvələrinin komandan müavini Əbu Mehdi Əl-Mühəndisin Nəcəfi-Əşrəf şəhərində "Amerikaya ölüm" şüarları altında dəfn mərasimi keçirilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 08, 2020 14:33 Asia/Baku
  • Abu Mehdi Əl-Mühəndisin dəfn mərasimi keçirilib
    Abu Mehdi Əl-Mühəndisin dəfn mərasimi keçirilib

İraqın xalq səfərbər qüvvələrinin komandan müavini Əbu Mehdi Əl-Mühəndisin Nəcəfi-Əşrəf şəhərində "Amerikaya ölüm" şüarları altında dəfn mərasimi keçirilib.

İRNA-nın məlumatına görə, bu gün yanvarın 8-də Nəcəfi-Əşrəf şəhərinin əhalisi, İraq xalqı və həmçinin Əbu Mehdi Əl-Mühəndisin silahdaşlarının iştirakı ilə bu şəhidin pak cənazəsi dərin hüzn və kədər hissilə  müşayiət olunub və şiələrin birinci imamı Həzrəti Əli-in (ə) pak hərəminin kənarında torpağa tapşırılıb.

Əbu Mehdi Əl-Mühəndisin ailəsi və silahdaşları "Amerikaya ölüm" və "İsrailə ölüm" şüarları səsləndirərək, Həşdüş-Şəbinin bu yüksək  rütbəli komandanı ilə vidalaşıblar. Onlar ABŞ-dan Ordu generalı Qasim Süleymani və Əbu Mehdi Əl-Mühəndisin şəhid edilməsi üçün qisas alacaqlarını vurğulayıblar.

Əbu Mehdi Əl-Mühəndisin torpağa tapşırılması anları İraq xalqı xüsusilə də bu şəhidin silahdaşlarını matəmə qərq etmişdi, lakin İslam İnqilabı Keşikçiləri Korpusu-Sepahın intiqam aldığını və ABŞ-ın İraqda yerləşən ən böyük hərbi bazasına raket hücumu həyata keçirdiyi xəbərini eşitmək İraq xalqının kədərli ürəklərinə təsəlli verdi.