Yan 23, 2020 08:57 Asia/Baku
  • Amerika qüvvələrinin çıxarılmaları tələbinin səbəbi, İraqın suverenliyinə hörmətsizlikdir
    Amerika qüvvələrinin çıxarılmaları tələbinin səbəbi, İraqın suverenliyinə hörmətsizlikdir

İraq prezidenti deyib ki, Amerika qüvvələrinin onun ölkəsindən çıxarılmaları üzrə tələblər İraqın suverenliyinə hörmətsizliyə cavabdır.

Bərhəm Salih Davosda keçirilən Dünya İqtisadi forumunda ölkəsinin Qərbi Asiyadakı rolu və onəmini bəyan edərək, söyləyib: İraqın suverenliyinə hörmət bu mühüm və strateji bölgədə sülh və asayişin yaradılmasında qəti və həyati bir məsələdir.

Salih İraq parlamentinin amerikalı qüvvələrin bu ölkədən çıxarılmasına dair son qərarını bütün İraq xalqının tələbi kimi dəyərləndirib.

Bərhəm Salih İraq şiələrinin ali dini mərcəyi Ayətullah Sistanini bu ölkənin təhlükəsiz sahilə tərəf hərəkəti və keçidi amili adlandırıb və belə deyib: Növbədənkənar seçkilər İraqdakı siyasi böhranın başa çatması üçün münasib fürsətdir.

İraqın məsul şəxslərinin rəsmi dəvəti ilə yanvarın 3-də bu ölkəyə səfər etmiş İslam İnqilabı Keşikçiləri Korpusu- Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani və İraqın xalq səfərbər qüvvələri- Həşduşşəbi-nin rəis müavini Əbu-Məhdi Əlmuhəndis Amerikanın terrorçu hökuməti tərəfindən Bağdad hava limanının yaxınlığına qarşı hava hücumunda şəhid edildilər.

Bu hadisədən sonra İraq parlamentinin üzvləri yanvarın beşində amerikalı qüvvələrin İraq ərazisindən qovulmaları layihəsini qəbul etdilər.

 

Teqlər