İraq xalqı amerikalı qəsbkarların bu ölkədən çıxmalarına təkid edib
İraq xalqı bu gün öz ölkəsində milyon nəfərlik anti-Amerika aksiyası keçirərək, İslamın və bu ölkənin böyük xalqının qüdrətini işğalçı Amerikaya və onun müttəfiqlərinə göstəribdir.
İraqın müxtəlif şəhərlərinin, xüsusən paytaxtın sakinləri bu gün səhərin ilk saatlarından özlərini Bağdadın mərkəzinə çatdırıblar ki, işğalçı amerikalı qüvvələrə qarşı milyonluq aksiyada iştirak etmiş olsunlar.
Bağdadın müxtəlif küçə və prospektləri bu gün səhərin ilk saatlarından qadınlı-kişili, qocalı-cavanlı, xalqın bənzərsiz iştirak səhnələrindən birinin şahidi oldular. Bu xalq amerikalı hərbçilərin işğalçılığına son qoymaq, həmçinin öz azadlığı və istiqlaliyyəti üçün milyonluq fəryadını dünya xalqlarına eşitdirmək üçün gəlmişdi.
Əllərində İraqın bayraqlarını tutan və Amerikaya, sionist rejimə və muzdur ərəb hökmranlarına qarşı şüarlar verən kəfən geymiş insanların geniş iştirakı Bağdadda keçirilıən milyonluq aksiyaya görməli bir cilvə vermişdi.
İraqlı aksiyaçılar öz şüarlarında Amerikaya nifrət ifadə ediblər. Onlar “Amerika, bizim ölkəmizdən rədd ol, get!”; “Amerikaya ölüm!” və “sionist rejimə ölüm!” şüarları verərək, qəsbkarlara qarşı öz nifrət və hiddətlərini göstərdilər.
Bu aksiya ilə bir vaxtda İraqda Sədr cərəyanının rəhbəri Muqtəda Sədr bir açıqlama verərək, İraq ilə Amerika arasındakı bütün təhlükəsizlik müqavilələrinin ləğv edilməsini istəyib. O, vurğulayıb: İraq hökuməti Amerikanın bütün hərbi bazalarını bağlamalıdır və əgər Amerika hökuməti İraqdan çıxmaq istəməzsə, onunla işğalçı və düşmən bir ölkə kimi rəftar ediləcəkdir.
Muqtəda Sədr söyləyib: Bağdad ölkənin hava məkanını Amerikanı hərbi əməliyyatlarının üzünə bağlamalıdır. Amerikanın çıxışı, onun İraqdakı bütün bazaları və xəfiyyə şirklətlərinin bağlanmasından savayı ayrı yolla reallaşmayacaqdır.
İraqın ondan yuxarı televiziya kanalı, həmçinin regiondakı ərəbdilli mediaların bir qrupu bu gün səhərin ilk saatlarından öz adi verilişlərini dayandıraraq, Bağdaddakı milyonluq aksiyanı canlı şəkildə işıqlandırdılar.
İraqın siyasi və milli rəhbərləri, dini şəxsiyyətləri və islami müqavimət qrupları Amerikanın İraqdakı iştirakına qarşı yönəlmiş bu aksiyanı “suverenlik günü”, bəziləri isə 1920-ci il inqilabı və ingilis müstəmləkəçilərin biabırçı tərzdə İraqdan çıxmalarının təkrar olması adlandırıblar.
İraqda keçirilən anti-Amerika mahiyyətli xalq aksiyası bu ölkənin milli, dini və siyasi şəxsiyyət və qruplarının çağırışı ilə təşkil olunubdur.