Apr 02, 2021 13:54 Asia/Baku
  • Pekin Qərbi Asiyada heç bir nüfuz dairəsi ardınca deyil

Çin Xarici İşlər Nazirliyinin sözçüsü dünən bu ölkənin xarici işlər naziri Van Yinin Qərbi Asiya bölgəsinə səfərinin mesajını şərh edərək belə deyib: Pekin əsla Qərbi Asiya bölgəsində hər hansı nüfuz dairəsi ilə regional qoşunkeşlik, xudbin hədəflərə nail olmaq ardınca deyil.

SəhərAzəri xəbər verir ki, Hua Tsun Yin silsilə tvitter mesajlarında Pekinin Qərbi Asiya bölgəsində hər hansı nüfuz dairəsi niyyətində olmadığını vurğulayaraq, qeyd edib ki, Çin özəlliklərə əsasən, bir hakimiyyət modelinin və sosial sistemin tapılması və istiqlaliyyətin qorunması, həmçinin xarici çaxnaşmalar və təzyiqlərlə mübarizədə region ölkələrini himayə edir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü sonra deyib: Pekin böyük güclərin rəqabət kölgəsindən xaric olmaları üçün bölgə ölkələrinə kömək edəcək ki, regional ixtilaf və qarşıdurmaları özləri vasitəsilə həll etmiş olsunlar.

Tsun Yin sonda ümidvarlıq edibdir ki, Pekin sədaqətli həmkarlıq yolu ilə regional sülh və inkişafda iştirak edəcək.

Çin xarici işlər naziri ötən günlər ərzində Ərəbistan, İran İslam Respublikası və əmirliklər də daxil olmaqla bir neçə region ölkəsinə səfər etdi.

Van Yi keçən şənbə günü Tehranda İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə «25illik proqram» adlandırılan İran İslam Respublikası və Çin Xalq Respublikası arasında əhatəli əməkdaşlıq proqramı sənədini imzaladı.

Teqlər