Fev 12, 2022 11:41 Asia/Baku
  • Hizbullah:

Hizbullahın İcraiyyə Şurasının sədr müavini xəbərdarlıq edib ki, ABŞ sərhədlərin müəyyən edilməsi məsələsində Livanı şantaj edir və danışıqları normallaşmaya doğru yönəldir".

SəhərAzəri-nin məlumatına əsasən, Hizbullah livanlıları Amerikanın təzyiqi altında sərhədlərin müəyyən edilməsi məsələsində Livanın tam hüquqlarını nəzərə almayan hər hansı təklifi qəbul etməməyə çağırıb.

Hizbullahın İcraiyyə şurasının sədr müavini Şeyx Əli Dəmuş deyib: "ABŞ administrasiyası dəniz sərhədlərinin demarkasiyası danışıqlarında vasitəçi elçisi vasitəsilə Livanı şantaj etməyə çalışır".

"ABŞ ölkənin keçirdiyi iqtisadi və maliyyə böhranından sui-istifadə edərək, demarkasiyası və neft-qaz yataqları məsələsində güzəştə getməsi üçün ona təzyiq göstərir. Eləcə də bəzi təkliflərlə Livanı tədricən düşmənlə normallaşma sisteminə cəlb etməyə çalışır", - deyə o, vurğulayıb. 

Şeyx Əli Dəmuş əlavə edib: "Biz düşmənlə normallaşmanın istənilən formasını rədd edirik və livanlılar Amerikanın təzyiqi altında sərhədlərin müəyyən edilməsi və neft yataqları məsələsi ilə bağlı Livanın tam hüquqlarını nəzərə almayan heç bir təklifi qəbul etməməlidirlər". 

ABŞ ötən oktyabrın 3-də Livan ilə sionist rejim arasında dəniz sərhədinin müəyyən edilməsi ilə bağlı danışıqları bərpa etmək üçün yeni vasitəçi təyin edib. 

Teqlər