İyun 22, 2022 18:30 Asia/Baku
  • Səna Misir-səudiyyə bəyanatını lağa qoyub

Rəsmi Səna səud koalisiyasının bütün bəyanatlarda qeyd etdiyi dırnaqarası və mənasız təşəbbüs planını lağa qoyub.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən milli qurtuluş hökumətinin müzakirə heyətinin üzvü Əbdülməlik Ələcri səud koalisiyasının qeyd olunan planının mənasız olduğunu bildirib.

Ələcri əlavə edib: Bunların bu plana təkrar-təkrar işarə etməkdə məqsədləri budur ki, dırnaqarası təşəbbüs planını müqəddəs əsas sənədə çevirsinlər və yəmənlilərə xatırlatsınlar ki, məhz onlar yəmənlilər üçün böyük federal Yəmən ölkəsini qurublar.

Səna rəsmiləri Fars Körfəzi əməkdaşlıq şurasının Ərriyadda müharibə tərəfləri arasında danışıqların keçirilməsi üzrə təşəbbüsünü qəbul etməyiblər.

 

Teqlər