Səud koalisiyası Yəmənin 400 min barreldən çox neftini qarət edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i390558-səud_koalisiyası_yəmənin_400_min_barreldən_çox_neftini_qarət_edib
Səud koalisiyası tərəfindən idarə olunan bir tankerin Yəmənin cənubundakı Şəbva vilayətindəki limanı 400 min barrel Yəmən xam nefti ilə tərk etdiyi bildirilir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 27, 2022 07:48 Asia/Baku
  • Yəmən
    Yəmən

Səud koalisiyası tərəfindən idarə olunan bir tankerin Yəmənin cənubundakı Şəbva vilayətindəki limanı 400 min barrel Yəmən xam nefti ilə tərk etdiyi bildirilir.

SəhərAzəri-nin məlumatına əsasən, Bir Yəmən rəsmisi bu ölkənin rəsmi "SəbƏ" xəbər agentliyinə bildirib ki, 400 min bareldən çox xam neftlə yüklənmiş bir xarici tanker bazar günü "Şəbvə" vilayətindəki "Rəzum" limanını tərk edib. 

Mənbənin bildirdiyinə görə, bu tanker bir neçə gün əvvəl Birləşmiş Ərəb Əmirliklərindən yola düşüb və Rəzum limanına daxil olub. Gəminin neftinin dəyəri 43 milyon 640 min dollar və ya 49 milyard Yəmən rialıdır.

Mənbə əlavə edib: "Bu hadisə Yəmənin neft ehtiyatlarının və təbii sərvətlərinin Səudiyyə Ərəbistanının başçılıq etdiyi təcavüzkar koalisiya tərəfindən sistematik şəkildə talan edilməsi çərçivəsində baş verir və beynəlxalq ictimaiyyət Yəmənin milli sərvətlərinin qarət edilməsini dayandırmaq üçün öz vəzifəsini yerinə yetirməlidir".