Təcavüzkar səud koalisiyası Yəməndəki müqəddəs məkanları hədəfə alır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392347-təcavüzkar_səud_koalisiyası_yəməndəki_müqəddəs_məkanları_hədəfə_alır
Yəmənin Vəqflər üzrə Baş İdarəsi verdiyi açıqlamada təcavüzkar koalisiyanın muzdluları tərəfindən bəzi ziyarətgahların hədəfə alındığını bildirib və bu hərəkəti pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 20, 2022 13:52 Asia/Baku
  • Təcavüzkar səud koalisiyası Yəməndəki müqəddəs məkanları hədəfə alır

Yəmənin Vəqflər üzrə Baş İdarəsi verdiyi açıqlamada təcavüzkar koalisiyanın muzdluları tərəfindən bəzi ziyarətgahların hədəfə alındığını bildirib və bu hərəkəti pisləyib.

SəhərAzəri-nin məlumatına əsasən, Bu barədə Əl-Əhd portalı məlumat yayıb.

Məlumata əsasən, Yəmənin Vəqflər üzrə Baş İdarəsi bir bəyanatda bildirib ki, ABŞ-Səudiyyə-Əmirliyin təcavüzkar koalisiyası İrqə bölgəsindəki Əbdül Rəhman Bin Ömər Badasın məqbərəsini və Şəbvə əyalətinin cənubundakı Rəzum bölgəsindəki Bin Əbdül Səmədin günbəzini bombalayıb və oranı yerlə yeksan ediblər. 

Yəmənin Vəqflər üzrə Baş İdarəsi təcavüzkar koalisiya tərəfindən müqəddəs məkanlara və ziyarətgahlara qarşı hörmətsizliyi qınayıb və bu hərəkətləri təcavüzkar və muzdlular koalisiyasının cinayət qeydinə əlavə edilmiş cinayət kimi qiymətləndirib.