Səud koalisiyası 9 Yəmən neft tankerini saxlayıb
https://azeri.sahartv.ir/news/qərbi_asia-i392812-səud_koalisiyası_9_yəmən_neft_tankerini_saxlayıb
Yəmən milli qurtuluş hökumətinin neft şirkəti bu ölkənin doqquz neft tankerinin təcavüzkar səud koalisiyası tərəfindən saxlanıldığını bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 04, 2022 14:30 Asia/Baku
  • neft
    neft

Yəmən milli qurtuluş hökumətinin neft şirkəti bu ölkənin doqquz neft tankerinin təcavüzkar səud koalisiyası tərəfindən saxlanıldığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən milli qurtuluş hökumətinin neft şirkətinin sözçüsü Əssam Mütəvəkkil deyib: Atəşkəsin təcavüzkar səud koalisiyası tərəfindən pozulması, dəniz quldurluğunun davam etməsi və neft məmulatları daşıyan doqquz gəminin saxlanılması, neft məmulatlarının rasionlaşdırılması böhranının meydana gəlməsinə gətirib çıxarıbdır.

Əlmutəvəkkil əlavə edib: Yəmən neft şirkəti neft məmulatlarını idxal etmək, onları bütün vətəndaşlara təhvil vermək və yerdə qalan miqdarı idarə etmək üçün bu gün fövqəladə bir layihəni həyata keçirir.

Əlmütəvəkkil təcavüzkarların və BMT-nin, yanacaq daşıyan gəmilərin güclü mühasirəsinin davam etməsinin birbaşa və dolayısı ilı iqtisadi və insani nəticələrində məsuliyyət daşıdıqlarını bildirib.