Yəmən ordusu Ədən körfəzində Amerika gəmisinə hücumu ilə bağlı bəyanat yaydı
Yəmən Silahlı Qüvvələrinin sözçüsü cümə axşamı səhər saatlarında bildirib ki, ölkənin dəniz qüvvələri Ədən körfəzində Amerika gəmisinə çoxlu sayda raketlə hücum edib və onu dəqiqliklə vurub.
Fars Xəbər Agentliyinin məlumatına görə, Yəmən Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Yəhya Səri cümə axşamı günü səhər saatlarında Yəmən Hərbi Dəniz Qüvvələrinin Ədən körfəzində Amerikanın "Ginko Picardie" gəmisinə hücum etdiyini deyib.
O, televiziyada verdiyi bəyanatda belə izah edib: "Yəmən Silahlı Qüvvələri əziz Yəməni müdafiəsi üçün qanuni hüququ çərçivəsində və məzlum Fələstin xalqına dəstəyin davamında Ərəb və Qırmızı dənizlərdəki bütün təhdid mənbələrini hədəf almaqdan çəkinməyəcək".
Əl-Məsirə televiziya kanalından yayımlanan bu açıqlamada o, əlavə edib: "Amerika və İngiltərə hücumlarına cavabın qaçılmaz olacağını təsdiq edirik. Həmçinin, Yəmənə qarşı hər hansı yeni təcavüz cavabsız və cəzasız qalmayacaq".
Yəhya Səri Qərbin Yəmənin Qırmızı dənizdəki bütün gəmiləri təhdid etməsi ilə bağlı iddialarına cavab olaraq, deyib: "Biz işğal olunmuş Fələstinin limanları istisna olmaqla, Ərəb və Qırmızı dənizdə gəmilərin dünyanın bütün istiqamətlərinə hərəkərinin davam etdiyini təsdiqləyirik”.
Yəmən Silahlı Qüvvələrinin sözçüsü əlavə edib: "Bizim İsrail gəmiləri və ya İşğal olunmuş Fələstin limanlarına gedən gəmilərə qarşı əməliyyatımız Qəzzədə Fələstin xalqına qarşı tətbiq olunan təcavüz və mühasirə aradan qaldırılmayana qədər dayanmayacaq".
Çərşənbə günü Ağ Ev-in milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bəyan edib ki, Vaşinqton Yəmənin Ənsarullah hərəkatının adını yenidən bu ölkədəki qondarma "terrorçu" təşkilatlar siyahısına daxil edib.
Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu Amerikanın bu hərəkətinə cavab olaraq, bunu dəyərsiz hesab edib və bildirib ki, Yəmən illərdir Amerikanın mühasirəsi altındadır.