Fev 19, 2024 16:45 Asia/Baku
  • Yəmən: Bir İngiltərə gəmisini hədəfə aldıq

Əlhudəydə səmasında bir amerikan PUA-sı məhv edilib

Yəmən silahlı qüvvələrinin sözçüsü bildiribdir ki, yəmənlilər Fələstin xalqına dəstək, həmçinin Amerika və İngiltərənin Yəmən ərazisinə qarşı təcavüzkarlıqlarına cavab olaraq, Ədən körfəzində keçirdikləri xüsusi əməliyyatda bir İngiltərə gəmisini bir neçə raketlə hədəfə alıblar.

Yəhya Əlsərii deyib: Yəməndən atılan raketlər hədəfə dəyib və İngiltərə gəmisinin dayanmasına səbəb olub.

Əlsərii əlavə edib: Dəymiş xəsarətlərin miqdarına əsasən, bu gəmi Ədən körfəzində batmaq halındadır.

Yəmən silahlı qüvvələrinin sözçüsü vurğulayıb: Yəmənin sionist rejim gəmilərinə və işğal olunmuş ərazilərə gedən gəmilərə qarşı əməliyyatları Qəzzə zolağına qarşı müharibənin dayanacağı və ona qarşı blokadanın götürüləcəyi zamanadək davam edəcək.

Yəmən silahlı qüvvələrinin sözçüsü həmçinin xəbər veribdir ki, yəmənli qüvvələr bu ölkənin qərbində yerləşən Əlhudəydə vilayətinin səmasında münasib silahla “MQ-9” tipli bir amerikan pilotsuzunu hədəfə alıblar.

 

Teqlər