Fev 21, 2024 18:50 Asia/Baku
  • Yəmən ordusu Amerika və İsrail gəmilərini məhv edib

Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Səri verdiyi açıqlamasında ölkə ordusunun ABŞ-ın bir neçə hərbi gəmisinə, İsrail rejimi gəmisinə və işğal olunmuş Fələstin ərazilərinin cənubunda yerləşən Eylat Umul Rəşraş limanına PUA-larla zərbələr edirdiyini vurğulayıb.

Yəhya Səri daha sonra silahlı qüvvələrin Qırmızı və Ərəb dənizlərində də Amerikanın bir sıra hərbi gəmilərini müxtəlif kamikadze dronları ilə hədəfə aldığını deyib.

O əlavə edib ki, Yəmən silahlı qüvvələri bir neçə dəniz raketi ilə Ədən körfəzində "MSC SILVER" adlı İsrail gəmisini hədəfə alıb.

Yəhya Səri bu əməliyyatların əsas mahiyyətinin məzlum Fələstin xalqına dəstək və ABŞ-ın, İngiltərənin Yəmənə təcavüzünə cavab olduğunu bildirib.

 

Teqlər