Xunta rejimi dünyada təcrid olunur
Sionist rejimin Qəzzə və Livan xalqlarına qarşı soyqırımını davam etdirməsinin ardınca dünyanın 50-dən çox ölkəsi BMT-nin baş katibi, Təhlükəsizlik Şurası və bu təşkilatın Baş Assambleyasına müraciət edərək, bu rejimə silah embarqosunun qoyulmasını tələb ediblər.
Sionist rejimin Qəzzə əhalisinə qarşı soyqırımından 13 ay ötür. Bu müddət ərzində əksəriyyəti uşaq və qadınlar olmaqla 43 mindən çox fələstinli şəhid olub, 100 mindən çox fələstinli yaralanıb. Digər tərəfdən gündəlik bombardmanların kənarında işğalçı rejim qəsdən aclıq tətbiq etmək, qida və dərman başda olmaqla humanitar yardımların göndərilməsinin qarşısını almaq siyasəti ilə Qəzzədə çoxlu sayda insanın şəhid olmasına səbəb olub. Sionistlərin cinayəti son iki ay ərzində Livan xalqına qarşı da həyata keçirilir.
Bu arada Qərb ölkələri, xüsusilə ABŞ silah göndərməklə sionist rejimə göstərdikləri aşkar və gizli siyasi və iqtisadi yardımlarla yanaşı, Qəzzə və Livan xalqlarına qarşı soyqırımda da bu rejimə kömək edir və cinayətlərdə ortaqdırlar.
Bunun bariz nümunəsi, Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullahın qətlində ABŞ-ın istehsal etdiyi bir tonluq qaya dağıdıcı bombalardan istifadə edilməsidir.
Bundan əvvəl BMT-nin İnsan Hüquqları Şurası işğal olunmuş ərazilərə silah tədarükünün qadağan edilməsini dəstəkləyib və 28 ölkə bu qadağanın lehinə səs verib.
Qeyd edək ki, son bir ildə Vaşinqton sionist rejimə 17 milyard dollardan çox hərbi və iqtisadi yardım edib.
Bu kontekstdə soyqırımın davam etməsi ilə 50-dən çox ölkə işğal olunmuş ərazilərə silah ixracatını dayandırmağı tələb edir. Onlar BMT Təhlükəsizlik Şurası və Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sionist rejimə silah satışı və ya tədarükünün qarşısını almaq üçün təcili addımlar atmağı xahiş ediblər.