Dek 02, 2025 14:23 Asia/Baku
  • 7 beynəlxalq təşkilat sionist rejim başçılarının həbsinə dair hökmlərin dərhal icra olunmasını tələb edib

Yeddi beynəlxalq təşkilat bir bəyanatda Beynəlxalq Cinayət Məhkəməsinin prokurorluğu tərəfindən Qəzzədə müharibə cinayətləri törətdiklərinə görə, işğalçı İsrail rejiminin başçılarına qarşı çıxarılmış həbs hökmlərinin yerinə yetirilməsinin sürətləndirilməsini tələb edib.

Beynəlxalq Ədalət Məhkəməsinin sionist rejim əleyhinə şikayət çərçivəsində elan etdiyi tədbirlərə dəstək verən bu təşkilatlar vurğulayıblar ki: İnsanlığa sığmayan rəftarlar, əzabvermə və qəsdən qətltörətmə də daxil olmaqla bəşəriyyət əleyhinə işlənən cinayətlər, eləcə də, müharibə aləti kimi, insanları acsaxlama barədəki həbs qərarlarının icrası, zərurət və təcillik təşkil edir.

Dayanıqlı sülh, işğalçılıq tamamilə bitmədən və onun məsulları mühakimə edilmədən, mümkün deyildir- deyə, bəyanatda vurğulanır.

Cenevrədə yerləşən Əl-Kəramət insan hüquqları institutu, yenə də Cenevrədə yerləşən İşgəncə Qurbanları Cəmiyyəti, Londonda fəaliyyət göstərən Əl-Şəhab insan hüquqları mərkəzi, Parisdə yerləşən «Azad Səs» təşkilatı, Belçikada fəaliyyət edən «Efdi» beynəlxalq təşkilatı, qərargahı İstanbulda yerləşən Əl-Ədalət insan hüquqları fondu və Cenevrədə fəaliyyət göstərən Əl-Təzamin insan hüquqları  təşkilatı/ sözügedən bəyanata imza atan təşkilatlardırlar.