Türkiyədə Ali-Səudu tənqid edən yazıçı oğurlanıb
-
Türkiyədə Ali-Səudu tənqid edən yazıçı oğurlanıb
Sosial şəbəkələrdə Səudiyyə Ərəbistanının siyasətlərini tənqid edən yazıçı Camal Xaşoqqinin Türkiyədə oğurlanmasından xəbər verilib.
Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, sosial şəbəkələrdə bildirilib ki, Camal Xaşoqqi Türkiyədə Səudiyyə Ərəbistanının səfiriyinə müraciət etdikdən sonra yoxa çıxıb.
Səudiyyə Ərəbistanının Türkiyədəki səfirliyi isə bildirib ki, bu adam səfirliyə heç gəlməyib.
Xaşoqqinin adaxlısı Xədicə xəbər portallarına verdiyi açıqlamada bildirib ki, onun adaxlısı dünən günorta Səudiyyə Ərəbistanının konsulluğuna daxil olub və binadan çıxmayıb.
Səudiyyəli müxaliflərə görə, Səudiyyə rəsmiləri Xaşoqqini oğurlayıblar ona görə ki, Xaşoqqi son vaxtlar Səudiyyə hökmranlarının siyasətlərini tənqid edirdi.
Səudiyyəli müxalif yazıçı vəliəhd Bin Salmanın müxaliflərə qarşı həbs kampaniyasına başlamasından öncə bu ölkəni tərk etmişdi.
Əl-Cəzirə telekanalı bildirib ki, Türkiyə polisi Xaşoqqinin oğurlanması barədə araşdırmalara başlayıb.